Qətər əmirinin Rusiyaya səfərinin tarixi açıqlanıbbackend

Qətər əmirinin Rusiyaya səfərinin tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər əmiri Təmim bin Həməd Al Tani aprelin 17-də Rusiyaya səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

“Əmirin səfəri ikitərəfli və beynəlxalq məsələlərlə gündəmdə olan aprelin 17-nə planlaşdırılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, mart ayında Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb. Tərəflər bu yaxınlarda Dohada keçirilmiş ikitərəfli Hökumətlərarası Komissiyanın iclasının nəticələrini nəzərə alaraq Rusiya-Qətər əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.