Qətər Netanyahunu dəlilikdə ittiham edirbackend

Qətər Netanyahunu dəlilikdə ittiham edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Doha İsrailin baş naziri Benyamin Netanyahunun terrorçulara sığınacaq verməkdə ittihamlarını ağılsızlıq hesab edir. 

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qətər Dövləti İsrailin Baş naziri Binyamin Netanyahunun Qətərdə Həmas ofisinin olması və Qətər ərazisinə qorxaqcasına hücuma haqq qazandırmaq üçün həyasızcasına cəhdi ilə bağlı çılğın ifadələrini qətiyyətlə pisləyir”, – nazirlik bildirib.

Bundan əvvəl Netanyahu İsrail Müdafiə Qüvvələrinin Dohada islamçı HƏMAS hərəkatının rəhbərliyinə zərbə endirməsindən sonra Qətər hakimiyyətinin terrorçulara sığınacaq verdiyini bildirmişdi.