Qətər Suriya ilə hələlik normallaşma prosesinin olmadığını açıqladıbackend

Qətər Suriya ilə hələlik normallaşma prosesinin olmadığını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Suriya ilə münasibətlərin normallaşması ilə bağlı deyilənlərin sadəcə spekulyasiya olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə Qətər televiziya kanalına açıqlama verib.

Qətərin Suriya ilə bağlı mövqeyinin açıq olduğunu vurğulayan Əl Sani, “Əsədlə normallaşma ilə bağlı deyilənlərin hamısı spekulyasiyadır və masada heç bir şey yoxdur” dedi.

Suriyada real siyasi həll olmadan Qətərin normallaşma mövqeyində heç bir dəyişiklik olmayacağını və bu mövzuda heç bir addım atmayacağını bildirən Əl Sani, “Suriyanın Ərəb Birliyinə üzvlüyünü dayandırmaq üçün əsaslar hələ də qüvvədədir. ” deyə açıqlama verib.

Qeyd edək ki, Ərəb Birliyi Suriyadakı vətəndaş müharibəsi səbəbindən 201-ci il noyabrın 12-də Əsəd rejiminin Birliyə üzvlüyünü dayandırıb.

NOCOMMENT.AZ