Qətər Suriya və Türkiyə üzərindən Avropaya qaz tədarük etməyəcəkbackend

Qətər Suriya və Türkiyə üzərindən Avropaya qaz tədarük etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazirin müşaviri və Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Suriya və Türkiyə üzərindən Avropaya mümkün qaz tədarükü ilə bağlı şayiələri təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz hamımız mediada bu qaz kəməri ilə bağlı fərziyyələri görmüşük, bu, medianın spekulyasiyasından başqa bir şey deyil”, – o, Avropaya qaz tədarükü üçün Suriya ərazisindən Türkiyəyə qaz kəmərinin çəkilməsi perspektivləri ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Ukraynanın Rusiya qazının tranzitini dayandırması Avropada yanacağın qiymətinin 20% artmasına səbəb olub.