Qətər XİN Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı birgə bəyanatını yayıbbackend

Qətər XİN Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı birgə bəyanatını yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Xarici İşlər Nazirliyi Rusiya Federasiyası, İran, Türkiyə və beş ərəb ölkəsinin Suriyadakı vəziyyətlə bağlı birgə bəyanatını dərc edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, müvafiq bəyanat qurumun “X” hesabında paylaşılıb.

Bəyanata görə, danışıqlarda iştirak edən bütün tərəflər Suriyadakı böhranın siyasi həlli üçün səy göstərilməsi ilə bağlı razılığa gəliblər.

“Suriyada münaqişənin davam etməsi regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaradır və bütün tərəflər böhranın siyasi həllini tapmağa çalışmalıdır”, – bəyanatda deyilir.