Qətərdən Mərakeşə yardımbackend

Qətərdən Mərakeşə yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani 7 bal gücündə zəlzələdən sarsılan Mərakeşə axtarış-xilasetmə qrupunun göndərilməsi barədə göstəriş verib. Yardım səylərinə dəstək olmaq üçün təcili axtarış-xilasetmə qrupu və tibbi avadanlıq göndəriləcəyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Qətər Əmirliyi Şurasından verilən yazılı açıqlamada, Əmir Əl Taninin Mərakeşdə baş verən zəlzələdən sonra xilasetmə işlərini dəstəkləmək üçün təcili axtarış-xilasetmə qrupu və tibbi ləvazimatların göndərilməsi əmrini verdiyi bildirilib.

Axtarış-xilasetmə qrupunun və tibbi ləvazimatların Mərakeşə nə vaxt çatacağı barədə əlavə məlumat verilməyib.