İsrailin Qəzza zolağında atəşkəs rejimini pozması danışıqlarda vasitəçilik edən tərəfləri çətin vəziyyətə salır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İsrailin atəşkəs razılaşmasını davamlı şəkildə pozması vasitəçilərin mövqeyini zəiflədir və prosesin irəliləməsini çətinləşdirir.
Qətərin Baş naziri eyni zamanda Qəzza zolağına humanitar yardımın çatdırılmasının hələ də həllini gözləyən problemlərdən biri olaraq qaldığını vurğulayıb.













