Qətlə yetirilən prezidentin xanımı BMT-dən kömək istədibackend

Qətlə yetirilən prezidentin xanımı BMT-dən kömək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haiti Prezidenti Jovenel Moizin həyat yoldaşı Martine Moiz qətli sifariş edənlərin tapılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Martine Moiz CNN telekanalına danışıb.

“Biri əmr verdi, biri pulu ödədi. Bunlar bizim axtardığımız insanlardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından bu insanların tapılması üçün kömək etmələrini xahiş edirəm”, – deyə Moiz bildirib.

O, qətl gecəsi evlərinin qarşısında silah səsləri eşitdiklərini və silahlıların evə girdiklərini anladıqları zaman çarpayının arxasında gizlənməyə çalışdıqlarını deyib:

“İspan dilində danışan 12 nəfər otağa girdi. Otaqda nəsə axtarırdılar, çünki onların “elə deyil, bu deyil, bu qədər” dediklərini eşitdim. Axtardıqlarını da tapdılar”. /axar.az