Qeydə alınan nikah və boşanmaların sayı açıqlandıbackend

Qeydə alınan nikah və boşanmaların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 6 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 785 nikah7 531 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.