Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıbbackend

Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün üçün Azərbaycanda 7 867 nəfər qeydiyyatda olan İİV (immun çatışmazlığı virusu) xəstələri var”.

NOCOMMENT xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Mərkəz direktoru qeyd edib ki, bunların 70%-i kişilər, 30%-i qadınlardır: “Bu ilin 11 ayı ərzində isə 654 nəfər qeydiyyata düşüb. Bunun da 635-i Azərbaycan vətəndaşı, 19 nəfəri isə əcnəbilərdir”.