Qeyri-neft ixracı ilk 10 ayda 42% artdıbackend

Qeyri-neft ixracı ilk 10 ayda 42% artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,05 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607.2 mln. ABŞ dolları və ya 42% artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən NOCOMMENT.az-a verilən məlumata görə, 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%, alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 224,6 mln ABŞ dolları olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 milyon ABŞ dolları təşkil edib.