Qeyri-neft sektorundan vergi daxilolmaları neçə faiz artıb?backend

Qeyri-neft sektorundan vergi daxilolmaları neçə faiz artıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub.

NOCOMMENT.az  bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 675,3 milyon manat və ya 13% artıb.