Amasiyada qoşqusunda 70 qeyri-qanuni mühacirlə birlikdə tutulan iranlı yük maşını sürücüsü məhkəmə tərəfindən həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, Əyalət Polis İdarəsi qrupları dünən İran üzərindən Türkiyəyə gələn xarici dövlət nömrə nişanlı yük maşınının qoşqu hissəsində yaşları 18-25 arasında olan 70 qeyri-qanuni immiqrantı yaxalayıb.
Ədliyyəyə sövq edilən şübhəli götürüldüyü məhkəmə tərəfindən həbs edilib.
Qeyd edək ki, dünən Amasyada dayandırılan xarici nömrəli yük maşınının qoşqusunda 62 Əfqanıstan, 6 Pakistan və 2 Banqladeş vətəndaşı olan qeyri-qanuni immiqrantlar yaxalanıb, qeyri-qanuni immiqrantlar deportasiya edilərkən, yük maşını sürücüsü saxlanılıb.
NOCOMMENT.AZ