Neftçala rayonunun yeddi-səkkiz kəndini şəhər mərkəzi ilə birləşdirən Kür çayı üzərindəki körpü təhlükə saçır. Sakinlər deyirlər ki, vəziyyət illərdir belədir.
NOCOMMENT.az xəbər verir ki, hətta iki il əvvəl ərazidə işləyən ağır texnika qar təmizləyən vaxt körpüdən aşıb.
Elə o vaxtdan bəri körpü qəzalı vəziyyətdə qalıb. Dəfələrlə aidiyyəti qurumların qapısı döyülsə də, sakinlərin səsinə səs verən yoxdur.
“Maşınlarımız xarab olur, təmir etdirməkdən yorulmuşuq. Lazım olan yerə gedib-gələ bilmirik. Körpünü təmir etsələr, yaxşı olar”, – deyə sürücü narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: