Qəzanın səbəbi: Oqtay sükan arxasında qəfildən…backend

Qəzanın səbəbi: Oqtay sükan arxasında qəfildən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya açıqlamasında hadisə zamanı avtomobili O.Əliyevin idarə etdiyini bildirib.

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən  Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

Faktla bağlı araşdırma aparılır.