Qəzaya düşən şəxslər belə xilas olundu – VİDEObackend

Qəzaya düşən şəxslər belə xilas olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda baş verən qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxslər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən xəbərə görə, Tovuz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZel” markalı mikroavtobus və “VAZ” markalı minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.