Qəzaya uğrayan təyyarədə olan 4 uşağın sağ qaldığı təsdiqlənibbackend

Qəzaya uğrayan təyyarədə olan 4 uşağın sağ qaldığı təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və mayın 17-də qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın sağ tapıldığı rəsmən təsdiqlənib.

NOCOMMENT xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro Twitter hesabından paylaşım edərək, “Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiya cəngəlliklərində itən 4 uşaq sağ tapıldı” dedi.

Həftələrlə uşaqlar üçün sıx axtarış aparan Ordu xəbəri “Möcüzə” olaraq açıqlayıb.

Hərbi qulluqçular tərəfindən tapılan uşaqların sağlamlıq vəziyyətinin “maye itkisi” və “həşərat dişləməsi” nəticəsində yaranan problemlər olduğu bildirilib.

Sağ qalanlar arasında 11 aylıq körpə də var.