“Qəzet saytlarının yenidən qurulması başa çatıb” – Əhməd İsmayılovbackend

“Qəzet saytlarının yenidən qurulması başa çatıb” – Əhməd İsmayılov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb”.

NOCOMMENT xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.

O bildirib ki, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə yenilənib:

“6 gündəlik, 10 həftəlik qəzetdə əsaslı dəyişiklik özünü göstərir. Qəzetlərin əksəriyyəti artıq tam fərqli formada nəşr olunur”.