Qəzza sahillərində üzən xəstəxanalar yaradılırbackend

Qəzza sahillərində üzən xəstəxanalar yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Qəzza zolağında səhra xəstəxanaları və anklav sahillərində üzən xəstəxanalar yaratmaq üçün xarici ölkələrlə işləyir. Bu barədə TASS İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan mətbuat katibi Conatan Konrikusa istinadən məlumat yayıb.

“Biz həmçinin beynəlxalq tərəfdaşlarımızla Qəzza zolağında səhra xəstəxanaları, eləcə də tibbi xidmət göstərmək üçün sahildən kənarda üzən xəstəxanalar yerləşdirmək üçün işləyirik”, deyə Konrikus bildirib.

O, xəstəxanaların İsrailin olmayacağını, lakin İsrailin onlara dəstək verəcəyini vurğulayıb.

Konrikus həmçinin bildirib ki, Qəzza zolağına 850-dən çox yük maşını humanitar yardımla gəlib. Onun sözlərinə görə, maşınlarla su, ərzaq, dərman, sığınacaq və çadırlar üçün avadanlıq gətirilib. Konrikus əmin edib ki, Fələstin anklavına humanitar yardım göstərilməkdə davam edir və İsrail buna şərait yaradır.