Qəzza xəstəxanalarından birində həkimlərlə əlaqə kəsilibbackend

Qəzza xəstəxanalarından birində həkimlərlə əlaqə kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) İsrailin hərbi əməliyyat keçirdiyi Qəzza zolağının cənubunda yerləşən “Əl-Amal” xəstəxana kompleksinin tibb işçiləri ilə əlaqə saxlaya bilməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, rabitə VHF diapazonunda simsiz rabitənin kəsilməsi səbəbindən kəsilib. Xan Yunis ərazisində son üç gün ərzində digər stasionar və mobil rabitə, eləcə də internet kəsilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərlərinin Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına hücuma başladığı məlum olub.