Fələstin fraksiyaları Misirin Qəzza zolağında döyüşləri dayandırmaq təklifini ciddi şəkildə nəzərdən keçirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Əl-Hədat” telekanalı Fələstinin partiya dairələrindəki anonim mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Fələstin hakimiyyəti Misirin bölgədəki vəziyyəti nizamlamaq planı ilə bağlı dərin müzakirələr aparır.
“Misir sənədi ciddi və mühüm səylərin nəticəsidir”, – deyə nəşr yazır.
Mənbənin sözlərinə görə, Fələstin partiyaları və qrupları Misirin döyüşlərin həllində rolunu yüksək qiymətləndirirlər.