Qəzza zolağında atəşkəsin uzadılmasının mümkünlüyü açıqlandıbackend

Qəzza zolağında atəşkəsin uzadılmasının mümkünlüyü açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında humanitar atəşkəs daha iki gün uzadıla bilər. Bu barədə Misir təhlükəsizlik güclərindəki iki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.

Onların məlumatına görə, danışıqlar aparan şəxslər hesab edirlər ki, Fələstin anklavında atəşkəs daha bir və ya iki günə uzadıla bilər.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton Qəzza zolağında Fələstinin HƏMAS qrupu ilə İsrail arasında atəşkəsin uzadılmasına çalışır.