NOCOMMENT.az xəbər verir ki, İsrail və Fələstinin HƏMAS radikal qruplaşmasının müzakirəçiləri Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı ilkin razılığa gəliblər. Bu barədə mənbələrə istinadən NBC kanalı məlumat yayıb.
Qeyd olunur ki, indi İsrail hakimiyyəti bunu təsdiq etməlidir. Telekanalın məlumatına görə, ilkin razılaşma HƏMAS-ın saxladığı 50 qadın və uşağın təxminən 150 fələstinli məhbusla mübadiləsini əhatə edir.
Bundan əvvəl Livanın “Al Shark” qəzeti saziş layihəsi ilə tanış olan mənbələrə istinadən yazıb ki, HƏMAS hərəkatı İsraillə barışıq şərtlərinə əsasən, gündə 10 israilli girovu azad etmək niyyətindədir. Atəşkəsin beş gün davam edəcəyi qeyd edilir.