Qəzza zolağında HƏMAS üçün “sığınacaq və gizlənəcək yer” yoxdurbackend

Qəzza zolağında HƏMAS üçün “sığınacaq və gizlənəcək yer” yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövlətinin ordusu HƏMAS radikal qruplaşmasının məhv edilməsi əməliyyatı çərçivəsində Qəzza zolağında istənilən yerə çatacaq. O, bu barədə anklav yaxınlığındakı İsrail ordusunun hərbi bazasına səfəri zamanı bildirib.

“Qəzzaya girməyəcəyimizi söylədiklərini xatırlayırsınızmı? Biz daxil olduq. Dedilər ki, Qəzza şəhərinin kənarına çatmayacağıq, amma çatdıq. “Əl-Şifa”ya girməyəcəyimizi dedilər, amma girdik”, – deyən Netanyahu Qəzzada ordu üçün onun çata bilməyəcəyi yer olmadığını qeyd edib.

İsrailin baş naziri qeyd edib ki, Həmas üzvləri üçün “nə sığınacaq, nə də gizlənəcək yer yoxdur”. Onun sözlərinə görə, radikalların məhv edilməsi və Qəzzada məhbusların azad edilməsi yəhudi dövləti üçün “müqəddəs missiyadır”.