Qəzza zolağında ölənlərin yeni sayı açıqlandıbackend

Qəzza zolağında ölənlərin yeni sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35,9 minə yaxın insan həlak olub, 80,3 minə yaxın insan isə yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı hazırda 35 857 nəfərə çatıb, daha 80 293 nəfər yaralanıb”, – Səhiyyə Nazirliyinin hesabatında deyilir.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində 57 fələstinli ölüb, daha 93 fələstinli yaralanıb.