Qəzza zolağındakı qaçqınların vəziyyəti… – Farhan Haqbackend

Qəzza zolağındakı qaçqınların vəziyyəti… – Farhan Haq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəzza zolağındakı qaçqınların vəziyyəti bizi çox narahat edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçünün müavini Farhan Haq deyib.

Bildirib ki, bir çox sakin bölgədəki aktiv döyüşlər səbəbindən didərgin düşüb. Yüz minlərlə uşaq hərbi əməliyyatlar səbəbindən məktəbdən kənar qalıb.

“Qəzzada Humanitar Məsələlərin Koordinasiyası Ofisi insanların aktiv döyüşlər və bombardmanlar fonunda öz yurdlarından didərgin düşdüyünün davam etdiyini bildirib. BMT-nin Yardım və İşlər üzrə Agentliyi hesab edir ki, hazırda Rəfahda 65 min nəfər qalıb. Artıq səkkiz aydan çoxdur ki, 625,000 uşaq hərbi əməliyyatlar səbəbindən məktəbdən kənarda qalıb. Uşaqlar təhsillərinə davam etməlidirlər. Həmçinin, iyunun əvvəlindən bəri ilk dəfə olaraq beş yük maşını yanacaqla Qəzzaya daxil olub”.