Qəzza zolağından azad edilən ilk girovlar Misirə gəlibbackend

Qəzza zolağından azad edilən ilk girovlar Misirə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, 13 nəfərdən ibarət ilk israilli girovlar qrupu Qəzza zolağından Misirə çatdırılıb. Bu barədə “Times of Israel” qəzeti yazır.

Məqalədə deyilir: “Həmas tərəfindən azad edilən 13 israilli girovdan ibarət ilk qrup Misir sərhədini keçib.

Nəşrin məlumatına görə, hazırda onlarla İsrail xüsusi xidmət orqanlarının nümayəndələri danışır.

Materialda qeyd olunur ki, insanlar 49 gün əsir saxlanılıb.

Bundan bir qədər əvvəl Fələstinin radikal HƏMAS hərəkatı Fələstin anklavında 25 girovu əsirlikdən azad edib. Nəşrdə qeyd edildiyi kimi, Misir 12 Tailand vətəndaşını, həmçinin 13 israilli uşaq və qadının azad edilməsinə nail olub.