Fələstinli radikallar Qəzza zolağının mərkəzindən İsrail ərazisinə iki raket atıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Departament qeyd edib ki, bir raket vurulub, ikincisi yaşayış olmayan ərazidə partlayıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının daha əvvəlki hesabatında Qəzza xəstəxanalarındakı tibb işçilərinin atəşə tutulmasına görə İsrailin məsuliyyət daşıdığı qeyd edilib.