Qəzza zolağından rusların təxliyəsi tam hazırdırbackend

Qəzza zolağından rusların təxliyəsi tam hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyyəsi tam hazırdır, lakin İsraildən hələlik razılıq yoxdur. Bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Rusların, həmvətənlərin və MDB vətəndaşlarının Qəzzadan təxliyəsi üçün hər şey hazırdır. Təəssüf ki, Rəfah keçid məntəqəsindən gedənlərin siyahılarını koordinasiya edən İsrail tərəfi ilə heç bir razılaşma yoxdur. Rusiya səfirliyi dəfələrlə bu məsələni qaldırıb və bunun müsbət həll olunacağına dair təminat alıb”.

Noyabrın 3-də Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, İsrail hakimiyyəti tezliklə Rusiya vətəndaşlarına Qəzza zolağından çıxmaq üçün icazə verməlidir. Diplomat aydınlıq gətirib ki, Fələstin anklavının Misirlə sərhədindəki Rəfah keçid məntəqəsi insanların təxliyəsi üçün fəaliyyət göstərəcək.