Qəzza zolağından təxliyə edilən rusları daşıyan xüsusi təyyarə Moskvaya uçubbackend

Qəzza zolağından təxliyə edilən rusları daşıyan xüsusi təyyarə Moskvaya uçub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qəzza zolağından təxliyə edilmiş Rusiya vətəndaşları və onların ailə üzvlərini daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Qahirədən havaya qalxıb və hazırda Moskvaya doğru gedir. Bu barədə idarənin rəsmi Telegram kanalında məlumat verilib.

Nazirliyin məlumatına görə, yeni qrupun tərkibində Misirdən Rusiya paytaxtına ümumilikdə 103 nəfər gəlməlidir. Onların arasında 47 azyaşlı var”, – məlumatda vurğulanır.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi ruslar və onların ailə üzvləri ilə birlikdə Qahirədən Moskvaya uçub”, – nəşr yazır.

Noyabrın 23-də səhər saatlarında Rusiya Xarici İşlər Nazirliyi Qəzza zolağından təxliyə üçün ümumilikdə 900 Rusiya vətəndaşının müraciət etdiyini bildirdi. Həmin vaxta qədər Fələstin anklavından 653 nəfər Rusiya ərazisinə aparılmışdı.