Oktyabrın 7-dən bu yana Qəzzada 66 jurnalist həyatını itirib. Fələstin Jurnalistlər Birliyi İsrailin blokada altındakı Qəzza zolağına hücumlarında həlak olan jurnalistlərlə bağlı məlumat verib.
NOCOMMENT xəbər verir ki, açıqlamada hücumlar zamanı 6-sı qadın olmaqla 66 jurnalistin öldüyü, 2 jurnalistin itkin düşdüyü, 31 jurnalistin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilib.