İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək vəzifəli üzvü Qəzza zolağında atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı Dohada dolayısı ilə aparılan danışıqların son mərhələyə çatdığını və əksər danışıqların yekunlaşdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, mübahisəli məsələlər öz həllini tapıb. HƏMAS rəsmisi uzunmüddətli həbs cəzası alan fələstinli məhbuslarla bağlı məsələlərin 90%-nin həll olunduğunu və yalnız bəzi xırda detalların qaldığını vurğulayıb: “İşğalçı rejim yeni şərtlər və ya mülahizələr irəli sürməsə, biz real razılaşmanın elanı ərəfəsində olduğumuzu deyə bilərik”.
Bundan əvvəl HƏMAS rəsmi açıqlama yayaraq, Qətər və Misir vasitəçilərinin dəstəyi və səyləri ilə Dohada danışıqların ciddi və müsbət şəkildə irəlilədiyini və İsrail yeni şərtlər əlavə etməsə, razılaşmanın mümkün olacağını açıqlamışdı.\\Unikal