“Qəzzada cəmi iki həftəlik ərzaq qalıb” – BMTbackend

“Qəzzada cəmi iki həftəlik ərzaq qalıb” – BMT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ümumdünya Ərzaq Proqramı elan edib ki, yüz minlərlə insanın şiddətli aclıq və qida çatışmazlığı riski ilə üzləşdiyi Qəzzada cəmi iki həftəlik ərzaq qalıb.

NOCOMMENT.az yeniavaz.com -a istinadən xəbər verir ki, bu barədə təşkilatın martın 27-də yaydığı nəyanatda deyilir.

“Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qəzzada təxminən 5700 ton ərzaq ehtiyatı qalıb ki, bu da ÜƏP əməliyyatlarını maksimum iki həftə dəstəkləmək üçün kifayətdir”, – bəyanatda deyilir.

Xatırladaq ki, İsrail bir həftədən bir qədər əvvəl Fələstin ərazilərində hərbi əməliyyatları bərpa edərək, atəşkəsdən sonra həftələrdir davam edən nisbi sakitliyi pozub.

Birləşmiş Millətlər Təşkilatı martın 26-da bildirib ki, İsrailin yeni əməliyyatları cəmi 7 gün ərzində 142 min insanı didərgin salıb. Qeyd olunub ki, İsrail humanitar yardımın Qəzzaya çatmasına mane olur.