Qəzzada daha 2 israilli girov Qırmızı Xaça təhvil verildibackend

Qəzzada daha 2 israilli girov Qırmızı Xaça təhvil verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmas blokadada olan Qəzza zolağında olan 2 israilli məhbusu ölkələrinə qaytarılmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinə təhvil verib.

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Qırmızı Xaç Cəmiyyətinin Qəzzada 2 israilli əsiri qəbul etdiyini çatdırdığı bildirilib.

Qeyd edilib ki, sözügedən iki əsir İsrail ərazisinə çatıb və ölkənin cənubundakı Hatzerim Hərbi Bazasına yollanıb.

Bildirilib ki, bir neçə saat ərzində digər israilli məhbuslar da Qırmızı Xaç rəsmilərinə təhvil veriləcək.

İsrail və HƏMAS arasında əldə edilən “humanitar vasitəçilik” razılaşması çərçivəsində əsir mübadiləsi razılaşması çərçivəsində indiyədək Qəzza zolağından 75 İsrailli, İsrail həbsxanalarından isə 210 fələstinli məhbus azad edilib.