Qəzzada heç bir əməliyyatı uğurlu ola bilməzbackend

Qəzzada heç bir əməliyyatı uğurlu ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada iki dövlətli həll yolundan imtinanın qlobal sülhü təhdid etdiyi barədə xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, o, Təhlükəsizlik Şurasındakı müraciətində bildirib ki, bu addım ekstremistləri cəsarətləndirən münaqişəni qeyri-müəyyən müddətə uzadacaq.

Baş katib humanitar yardımların da bir o qədər effektli olmadığını deyib. Toplantıda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Birləşmiş Ştatları ikiüzlülükdə ittiham edib:

“Bu şəraitdə Qəzzada heç bir effektiv humanitar yardım əməliyyatı uğurlu ola bilməz. Yardımın miqdarı ehtiyaclar baxımından olduqca qeyri-kafidir. Təkcə yardımla 2,2 milyon insanın sağ qala biləcəyini düşünmək düzgün deyil. Özəl sektordan gələn zəruri mallar, döyüşlərdən əvvəlki kimi əhəmiyyətli miqdarda göndərilməlidir.

Bu, artan ehtiyacları qarşılamaq və artan ölüm hallarının qarşısını almaq üçün vacibdir. Bütün tərəfləri uçurumdan geri çəkilməyə və regional münaqişənin humanitar nəticəsi barədə düşünməyə çağırıram. Dərhal deeskalasiya ehtiyac var. Ancaq bununla yanaşı uzunmüddətli regional sabitliyə töhfə verəcək aydın siyasi yol xəritəsinin hazırlanması zəruridir”.