Qəzzada həlak olan fələstinlilərin sayı 26 min 257-yə yüksəlibbackend

Qəzzada həlak olan fələstinlilərin sayı 26 min 257-yə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzza hücumlarında həlak olan fələstinlilərin sayı 26 min 257-yə yüksəlib.

NOCOMMENT xəbər verir ki, İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı son 24 saatda 174 nəfər artaraq 26 min 257 nəfərə çatıb.

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 113 gündür davam edən hücumları ilə bağlı məlumat verilib. Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 174 fələstinlini öldürdüyü, 310 nəfəri yaraladığı, təcili yardım və mülki müdafiə qruplarının çata bilmədiyi bölgədə hələ də dağıntılar altında insanların olduğu bildirilib.