Qəzzada humanitar yardım daşıyan 100 yük maşınından ibarət karvan qarət edilibbackend

Qəzzada humanitar yardım daşıyan 100 yük maşınından ibarət karvan qarət edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında qarətçilər ərzaq da daxil olmaqla humanitar yardım daşıyan BMT-nin 100-dən çox yük maşını karvanına hücum ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Qaçqınları üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Agentlik 97 yük maşınının itirildiyini, bəzi sürücülərin güllələndiyini, bəzi maşınlara isə ciddi ziyan dəydiyini bildirib.

UNRWA-nın məlumatına görə, hücum şənbə günü, noyabrın 16-da yük maşınlarının Qəzzanın cənubu ilə sərhədində İsrailin nəzarətində olan Kerem Şalom keçidindən keçməsindən sonra baş verib.

Agentliyin sözçüsü Luis Vaterridge The New York Times-a bildirib ki, 100-dən çox yük maşınından yalnız 11-i təyinat yerinə çatıb.

Onun sözlərinə görə, basqınçılar dayanıb qarət etmək üçün maşınların təkərlərini atəşə tutublar. UNRWA hələ də dəqiq neçə nəfərin öldüyünü və konvoy üzvlərinin hansı xəsarətlər aldığını dəqiqləşdirir.

Bir gün əvvəl, noyabrın 18-də Əl-Aqsa telekanalının mənbələri əməliyyat zamanı anklavda humanitar yardım daşıyan yük maşınlarının oğurlanması ilə məşğul olan cinayətkar qrupların 20-dən çox üzvünün öldürüldüyünü bildirib. Kanalın həmsöhbətlərinin sözlərinə görə, Qəzza təhlükəsizlik orqanları humanitar yük daşıyan yük maşınlarının oğurlanmasında iştirak edən qrupların müəyyən edilərək saxlanılması üzrə əməliyyatları davam etdirmək niyyətindədir.