Qəzzada mobil rabitə və internet tamamilə kəsilibbackend

Qəzzada mobil rabitə və internet tamamilə kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Qəzza şəhərində və zolağın şimal hissəsində şəbəkənin əsas elementlərinin zədələnməsi səbəbindən rabitə xidmətləri tamamilə kəsilib. Bu barədə Fələstinin Paltel telekommunikasiya şirkəti məlumat yayıb.

“Davam edən təcavüz nəticəsində əsas şəbəkə elementlərinin zədələnməsi səbəbindən Qəzza şəhərində və zolağın şimalında rabitə xidmətlərinin (sabit xətt, mobil və internet) tamamilə bağlandığını elan etməkdən təəssüflənirik”, – bəyanatda deyilir.