Qəzzada müvəqqəti limanın tikintisi davam edirbackend

Qəzzada müvəqqəti limanın tikintisi davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Müdafiə naziri Yoav Qallant, Hərbi Dəniz Qüvvələri ilə birlikdə Qəzza zolağının sahillərində müvəqqəti limanın tikintisini ziyarət edib.

NOCOMMENT.az xəbər verir ki, Qallant bildirib ki, bu addım sakinlərə birbaşa yardım çatdırmaq üçün nəzərdə tutulub:

“Biz dəniz dəhlizinin açılışı üçün infrastrukturun işlərinin necə başladığına daha yaxından baxmaq üçün buradayıq. Bu addım sakinlərə birbaşa yardım çatdırmaq və bununla da Qəzzada Həmas hakimiyyətinin devrilməsini davam etdirmək məqsədi daşıyır. Biz təhlükəsizlik və humanitar yardımla bağlı ABŞ ilə koordinasiyalı şəkildə dəniz yolu ilə yardım çatdıracağıq”.

Qeyd edək ki, yeni dəhlizi sınaqdan keçirəcək ilk gəmi 200 ton ərzaqla Kiprdə gözləyir.