Qəzza zolağındakı Fələstin hökuməti oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, İsrailin Qəzzaya hücumlarında indiyədək 48 jurnalistin həyatını itirdiyi bildirilib.
Hökumət ofisindən verilən açıqlamada, İsrail ordusunun bombardmanlarında həyatını itirən mətbuat mənsublarının ailələrinə, yaxınlarına və bütün həmkarlarına başsağlığı verilib.