Qəzzada öldürülənlərin sayı 11 mini keçibbackend

Qəzzada öldürülənlərin sayı 11 mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-dən bəri blokadada olan Qəzza zolağına İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 4 min 506-sı uşaq, 3 min 27-si qadın olmaqla 11 min 78-ə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi, İsrailin davam edən hücumları nəticəsində insan itkiləri və humanitar böhranın miqyası ilə bağlı məlumat verib.

Açıqlamada İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda daha 266 nəfərin həyatını itirdiyi bildirilib. Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayı 4 min 506-sı uşaq, 3 min 27-si qadın olmaqla 11 min 78-ə çatıb.