Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində İsrailin hava hücumu nəticəsində həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, bununla da 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsində həlak olan mətbuat işçilərinin ümumi sayı 220-yə çatıb.
Qəzzanın Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Hicazi həftə sonu İsrailin mühasirədə olan ərazilərə hücumları nəticəsində həlak olan 90-a yaxın fələstinli arasındadır.\\Yeniavaz.com