Oktyabrın 7-dən İsrailin hücumları nəticəsində Qəzza zolağında ölənlərin sayı 22 185 nəfəri keçib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Facebook” səhifəsində məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən bəri İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 22 185 nəfərə çatıb, 57 035 nəfər isə yaralanıb”, – məlumatda bildirilib.