Qəzzada son sutkada 47 fələstinli ölüb, 388 nəfər yaralanıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 54 927, yaralananların sayı 126 615 nəfərə çatıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.