Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı 41 020, yaralananların sayı isə 94 925 nəfərə çatıb.
Qeyd olunub ki, son 24 saatda Qəzza zolağında azı 32 nəfər ölüb, 100 nəfər yaralanıb.