Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı 37 232, yaralananların sayı isə 85 037 nəfərə çatıb.
Qeyd olunub ki, son 24 saatda Qəzza zolağında azı 30 nəfər ölüb, 105 nəfər yaralanıb.