Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 43 985 nəfərə çatıb, daha 104 638 nəfər yaralanıb” – məlumatda bildirilir.
Departamentin məlumatına görə, Qəzza zolağında son 24 saat ərzində hərbi əməliyyatlar nəticəsində azı 24 nəfər ölüb, 70- dən çox insan yaralanıb.