Qaçqın düşərgəsini daha əvvəl də hədəfə alan İsrail yenə oxşar qalmaqalla gündəmə gəlib.
NOCOMMENT.az Cnn-ə istinadla xəbər verir ki, İsrail Qəzzada Məğazi Qaçqınlar Düşərgəsinə hücum edib.
İsrail qüvvələri səhər saatlarından etibarən düşərgədəki evləri hədəfə alıb. Əl-Bilbisi, Həmdan və Zəmzəm ailələrinə məxsus evlər tamamilə dağıldığı halda, hücumlarda həyatını itirən və yaralananlar Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb. Hücum zamanı aralarında qadın və uşaqların da olduğu azı 7 nəfərin öldüyü açıqlanıb.