Qəzzada son sutkada ölənlərin sayı açıqlandıbackend

Qəzzada son sutkada ölənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzzada son sutka ərzindəki hücumları nəticəsində azı 107 nəfər ölüb, 165 nəfər yaralanıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın nəzarətində olan Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatında oktyabrın 7-dən bu yana Qəzzada ümumilikdə 27 238 fələstinlinin öldürüldüyü, 66 452 fələstinlinin isə yaralandığı da qeyd olunub.

Ölümlərin bir qisminin cənubdakı Rəfah şəhərində olduğu bildirilib. Birləşmiş Millətlər Təşkilatı buradakı vəziyyəti  “təzyiqli ocaq” kimi xarakterizə edir.