Qəzzada yerli əhaliyə havadan yardım çatdırılıbbackend

Qəzzada yerli əhaliyə havadan yardım çatdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı Qəzzanın şimalına yerli əhali üçün 13-cü dəfə havadan yardım çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Anadolu Agentliyinin manşetində yer alıb.

Yardımın paylanmasında 2 təyyarə və ixtisaslı amerikalı əsgərlər iştirak edib. Paraşütlə atılan humanitar yardım paketlərində yemək və su olduğu bildirilir.

Mərkəzi Komadanlığın bəyanatında digər ölkələrlə birgə keçirilən əməliyyatın davam etdiriləcəyi qeyd olunub.